Honda uşaq sığınacağının sakinlərini sevindirdi
- 31 May 2021 17:46
- 614
“Bella Pizza” və “Neftçi” PFK-nın təşkilatçılığı ilə Binə qəsəbəsindəki “Ümid yeri” uşaq sığınacağının sakinləri ilə görüş keçirilib.
Rekord.az xəbər verir ki, 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “Bella Pizza” restoranında təşkil olunan görüşdə sığınacağa məskunlaşmış 20-yə yaxın uşaq iştirak edib.
Tədbirə qatılan “Neftçi”nin dünyaca məşhur futbolçusu Keysuke Honda uşaqlarla görüşüb. Uşaqların suallarını cavablandırıb, həyat təcrübəsini bölüşən yaponiyalı yarımmüdafiəçi onlarla şəkillər çəkdirib. O, “Bella Pizza” tərəfindən hədiyyə olunan topları imzalayaraq uşaqlara təqdim edib. Bundan əlavə, futbolçu tərəfindən uşaqlara 10 ədəd masaüstü kompüter hədiyyə olunub. Onların sığınacaqda kompüterdən istifadə etmələri üçün 1 il müddətinə xüsusi müəllim ayrılıb ki, bununla bağlı bütün xərcləri də Honda qarşılayacaq. Futbolçu uşaqların qidalanması üçün ərzaq yardımı da göstərib.
Sığınacaq tərəfindən isə uşaqların hazırladığı kiçik xalça yaponiyalı ulduza hədiyyə edilib.
Tədbirin sonunda xatirə şəkli çəkdirilib.