Niderland millisinin keçmiş hücumçusu Robin van Persi baş məşqçiliyə başlayıb.

Rekord.az xəbər verir ki, o, gələn mövsümdən “Feyenoord”un U-16 komandasını çalışdıracaq.

37 yaşlı veteran oyunçu U-16-nı çalışdırmaqla yanaşı, əsas komandanın da məşqçilər korpusunda yer alacaq.

Van Persi "Feyenoord"un yetirməsidir. Onun oğlu Şakil van Persi U-16 komandasının üzvüdür.