
Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə Zərdabda atletika növü üzrə rayon birinciliyi
- 16 Mar 2023 10:00
- 384
Martın 10-da Zərdab rayon Gənclər və İdman idarəsinin və Mərkəzi Aran Regional Təhsil idarəsinin Zərdab rayonu üzrə təhsil sektorunun birgə təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibəti ilə VIII-XI sinif şagirdləri arasında atletika idman növü üzrə rayon birinciliyi keçirildi.
Rekord.az xəbər verir ki, Gəlmə kənd tam orta məktəbinin idman bazasında keçirilmiş və rayonun 17 tam orta məktəbinin komandasının iştirak etdiyi birincilikdə Pərvanlı kənd tam orta məktəbinin komandası I yeri, İsaqbağı kənd tam orta məktəbinin komandası II yeri, Gəlmə kənd tam orta məktəbinin komandası isə III yeri tutub.
Qaliblərə, eyni zamanda müxtəlif mərhələlər üzrə fərqlənmiş şagirdlərə Zərdab rayon Gənclər və İdman idarəsinin diplomları təqdim olunub.