Tovuz Olimpiya İdman Kompleksində "Heydər Əliyev İli" çərçivəsində Tovuz Sərbəst Güləş Klubunun daxili birinciliyi keçirilib.

Rekord.az xəbər verir ki, əvvəlcə torpaqlarımızın azadlığı və bütövlüyü uğrunda canlarını fəda etmiş Şəhidlərimizin və Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin Tovuz rayonu üzrə Gənclər və İdman sektorunun müdiri Vasif Abdullayev əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmuş və bu gün də Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin uğurla davam etdirdiyi ,Azərbaycanı dünyada idman ölkəsi kimi tanıdan idman siyasətindən geniş bəhs etmişdir. "Heydər Əliyev İli" çərçivəsində keçirilən bu yarışın da idmançılarımızın digər yarışlarda uğurla çıxış etmələri üçün vacib idman tədbiri olduğu qeyd olunmuşdur.Sonda qalib gəlmiş idmançılar müvafiq olaraq diplomlarla təltif olunublar.