“Hapoel"ə qalib gələcəyimizə inanıram” - Dambrauskas
- 20:49
- 34
"Sabah"ın baş məşqçisi Valdas Dambrauskas "Hapoel"lə cavab oyununda qələbə qazanacaqlarına inanır.
Rekord.az xəbər verir ki, bu barədə mütəxəssis mətbuat konfransında deyib.
O, İsrailin "Hapoel" (Beer-Şeva) komandasına qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının pley-off mərhələsinin cavab maçtından əvvəl fikirlərini bölüşüb:
"Bu, Buxarestdəki qarşılaşmanın davamıdır. Ötən görüşdəki səhvlərdən nəticə çıxarmışıq. Hazırda bir top fərqi ilə geridəyik. Azarkeşlərimizə hazır olduğumuzu demək istəyirəm. İnanıram ki, sabah qalib gələcəyik".
Dambrauskas daha əvvəl də avrokubokların əsas mərhələsinə vəsiqə qazandığını xatırladıb:
"Daha əvvəl də liqa mərhələsinə vəsiqə qazanmışam. Təcrübəmdən istifadə edərək bunu yenidən etməyə çalışacağam. İnanıram ki, mükəmməl vəziyyətdəyik. İkinci və üçüncü təsnifat mərhələlərindən başlayan bəzi komandalar bunu bacarmadı. Hazırda 1:0 hesabı rəqibin xeyrinədir və onlar bundan istifadə etməyə çalışacaqlar. Biz rəqibi analiz etmişik. Mənim əsas diqqətim sabahkı oyunadır".
Qeyd edək ki, qarşılaşma avqustun 25-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Tərəflər arasında Rumıniyanın paytaxtı Buxarestdə baş tutan ilk oyun "Hapoel"in 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.