
Haland millinin növbəti matçında iştirak etməyəcək
- 20:30
- 40
Erlinq Haland Norveç millisinin Yeni Zelandiya ilə keçirəcəyi yoldaşlıq matçında iştirak etməyəcək.
Rekord.az xəbər verir ki, hücumçu xüsusilə sıx oyun qrafiki ilə əlaqədar yığmada istirahət verilən futbolçular sırasında yer alıb.
"Mançester Siti"nin futbolçusu oktyabrın 11-də DÇ-2026-nın seçmə mərhələsində İsrail millisinə qarşı matçda (5:0) het-trikə imza atmışdı.
Norveç və Yeni Zelandiya komandaları arasında matç oktyabrın 14-də Osloda keçiriləcək.