İngiltərənin "Mançester Siti" klubunun futbolçusu Erlinq Haland "Mançester Yunayted"in sabiq oyunçusu Corc Bestin rekordunu təkrarlayıb.

Rekord.az xəbər verir ki, 23 yaşlı forvard buna ölkə kubokunun 1/8 finalında "Luton Taun"a 5 qol vurmaqla nail olub.

Son olaraq Corc Best 1970-ci ildə bu turnirdə penta-trik edib.

Qarşılaşma "şəhərlilər"in 6:2 hesablı qələbəsi ilə yekunlaşıb.