Futbol hakimlərimizin də klublarımız kimi, qışda Antalyada toplanış keçmək məsələsi gündəmdədir.

Rekord.az xəbər verir ki, AFFA Hakimlər Komitəsinin sədri Barış Şimşək bununla bağlı AFFA-nın baş katibi Sərxan Hacıyevə müraciət edib.

Hacıyev isə Şimşəyin istəyini AFFA rəhbərliyinin diqqətinə çatdıracağına dair söz verib. Həftə sonuna kimi məsələ ilə bağlı qərar veriləcək.