Azərbaycanın futbol hakimlərinin yay aylarında xüsusi təlim-məşq toplanışı olmayacaq.

Rekord.az xəbər verir ki, ölkə xaricində toplanış, ümumiyyətlə, müzakirə mövzusu deyil.

Daxildə də hansısa bölgəyə getmək məsələsi gündəmdə deyil. Əldə etdiyimiz məlumata görə, heç Ştuxlik özü də yay toplanışı üçün xüsusi canfəşanlıq etmir. Ən yaxşı halda, ədalət təmsilçiləri Mərdəkandakı "Dalğa Arena"da hazırlıq keçəcək.