Hakimlərimizin Türkiyə toplanışına start verildi
- 17:20
- 31
Azərbaycan Premyer Liqasının oyunlarına təyinat alan baş hakim və köməkçi hakimlər təlim-məşq toplanışına start veriblər.
Rekord.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, mövsümün ikinci yarısı üçün hazırlıq prosesi Türkiyənin Antalya şəhərində təşkil olunur.
İlk gündə əsas diqqət fiziki hazırlığın artırılmasına yönəldilib.