Hakimləri təhqir etdi, 4 oyunluq cəza aldı
- 16:30
- 32
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Rekord.az xəbər verir ki, iclasda 2-ci liqanın 14-cü turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:
“Sheki City” – “Xankəndi” oyununda “Sheki City” komandasında 4 nəfər sarı vərəqə aldığı üçün “Sheki City” komandası 70 manat cərimə edilib.
“Sheki City” – “Xankəndi” oyununda topdaşıyan və xərəkdaşıyanlar olmadığına görə “Sheki City” komandası 200 manat cərimə edilib.
“Quba” – “Ağdaş” oyununun 88-ci dəqiqəsində “Ağdaş” komandasının 17 nömrəli futbolçusu Ramal Əhmədov rəqibi aşkar qol imkanından məhrum etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəzalanıb, “Ağdaş” komandası 100 manat cərimə edilib.
“Şirvan” – “Kür-Araz” oyununda “Şirvan” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Şirvan” komandası 70 manat cərimə edilib.
“Şirvan” – “Kür-Araz” oyununun 74-cü dəqiqəsində “Kür-Araz” komandasının 3 nömrəli futbolçusu Eltun Həsənli ikinci sarıdan qırmızı vərəqə aldığı üçün 1 oyunluq cəzalanıb, “Kür-Araz” komandası 50 manat cərimə edilib.
“Şirvan” – “Kür-Araz” oyunu bitdikdən sonra “Kür-Araz” komandasının 77 nömrəli futbolçusu Müseyib Vəlizadə hakimləri təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyunluq cəzalanıb, “Kür-Araz” komandası 1000 manat cərimə edilib.
“Göygöl” – “Dinamo” oyununa Təcili Tibbi Yardım avtomobili təyin edilmiş vaxtdan gec gəldiyinə görə “Göygöl” komandası 200 manat cərimə edilib.