AFFA Hakimlər və Hakim-İnspektorlar Komitəsinin sədri Frits Stuxlik ötən həftə Bakıya gəlsə də, mövsümöncəsi təlim-məşq toplanışından xəbər yoxdu.

 

Rekord.az xəbər verir ki, Premyer-liqanın avqustun 21-də başlayacağını nəzərə alsaq, ədalət təmsilçiləri bu məsələdə gecikir.

 

Əlaqə saxladığımız AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Firuz Abdulla toplanışın olmayacağını söylədi: “Hakimlər gündəlik məşqlərlə kifayətlənəcəklər. Onlar üçün təlim-məşq toplanışı olmayacaq. Ədalət təmsilçiləri bu həftə ərzində hər gün, gələn həftə cəmi 5 gün məşq edəcəklər. Premyer-liqa başlayandan sonra isə həftədə üç dəfə Stuxlikin rəhbərliyi altında məşqə çıxacaqlar”. ("Futbol plus" qəzeti)