
Hakim "Turan Tovuz"un qapısına niyə penalti təyin etməyib? VİDEO
- 20 Dek 2022 20:19
- 599
"Turan Tovuz" - "Kəpəz" matçının son dəqiqəsində yaşanan epizod böyük müzakirələrə səbəb oldu. Əksəriyyət hakim Rəvan Həmzəzadəni meydança sahiblərinin qapısına penalti təyin etməməkdə ittiham edir.
Rekord.az-ın təqdim etdiyi videoda isə başqa məqam üzə çıxır.
Belə ki, epizod zamanı "Kəpəz"in 24 nömrəli futbolçusu Erqemledze hava mübarizəsi zamanı topu cərimə meydançasına başla yox, qolu ilə ötürür. Hakim də VAR-a baxandan sonra məhz həmin epizodda qayda pozuntusu qeydə aldığı üçün "Kəpəz"in qapısına cərimə zərbəsi təyin edir və penalti epizodunu ləğv edir.