
“Güclü rəqibə qarşı oynadıq” - Saşa İliç
- 21:54
- 37
“Sumqayıt”ın baş məşqçisi Saşa İliç Premyer Liqanın 6-cı turu çərçivəsində “Sabah”a qarşı keçirdikləri oyundan sonra fikirlərini bölüşüb.
Rekord.az xəbər verir ki, o, 1:1 hesablı heç-heçədən sonra bunları söyləyib:
“Çox çətin oyun keçdi. Bu gün güclü rəqibə qarşı oynadıq. Əslində belə rəqiblərə qarşı oynayanda bütün şansları maksimum dərəcədə istifadə etmək lazımdır. Futbolçularımdan razıyam. Görüləcək işlərimiz var. Növbəti oyunlara hazırlaşacağıq”.