Gəncə stadionunun tutumu azaldılacaq ÖZƏL!
- 20 Dek 2022 12:00
- 792
Xəbər verdiyimiz kimi, son günlər Gəncə stadionu ətrafında bir tərpəniş var.
Rekord.az xəbər verir ki, arenaya gənclər və idman nazirliyinin nümayəndələri də baxış keçirib.
Arenanın sökülüb yenidən qurulması nəzərdə tutulub. Düzdür, işlərə konkret nə zaman başlanılacağı hələlik məlum deyil. Ancaq müəyyən işlərə start verilib. Saytımıza daxil olan məlumata görə, ilkin layihə də hazırlanmaq üzrədir. Məlumat üçün deyək ki, yeni stadionun azarkeş tutumu hazırkından az olacaq. Məsələn, hazırkı stadion 25 min nəfər tutursa, yenidəb qurulandan sonra tutum 15 mindən artıq olmayacaq.