Gəncə stadionu ilə bağlı yeni xəbər əldə etmişik.

Rekord.az-a daxil olan özəl məlumata görə, bir neçə gün bundan öncə Bakıdan bir qrup şəxs Gəncədə olub və stadiona baş çəkib.

Deyilənə görə, həmin şəxslər Gənclər və İdman Nazirliyinin əməkdaşları olub. Arenın fotoları çəkilib, müəyyən çertyoj ölçüləri götürülüb. Ümid var ki, istismar müddətini başa vurmuş stadionla bağlı yaxın günlərdə xoş xəbər eşidəcəyik.