
Gəncə icra hakimiyyəti stadiona pul ayırmaq istəmir
- 14 Fev 2022 13:00
- 951
AFFA-nın Gəncə stadionunda təmir işlərinə start verməsi hələ ki, reallaşmır.
Rekord.az-ın əldə etdiyi məlumata görə, buna səbəb federasiya ilə şəhər rəhbərliyinin razılığa gələ bilməməsidir.
Şəhər rəhbərliyi yenudənqurma işlərinə maddi dəstək verə biləyəcəyini bildirib. Eyni zamanda, stadionun tam olaraq AFFA-nın balansına verilməsinə də razı deyil. Təbii ki, bu şərtlər altında AFFA da arenaya vəsait ayırmaq niyyətində deyil.