"Region Liqası"nın iddialı komandalarından olan "Füzuli" zaman-zaman sponsor axtarışına çıxsa da hələlik ciddi nəticə əldə edə bilmir.

Rekord.az-a daxil olan məlumata görə, əslində komandaya sahib çıxmaq, sponsorluq etmək istəyənlər var.

Sadəcə, problem komandanın "Region Liqası"nda çıxış etməsidir. Çünki heç bir iş adamı mənasız, həvəskar statuslu çempionata pul qoymaq istəmir. Onlar sponsorluğa bir şərtlə razıdır ki, komanda ən azı I Divizionda mübarizə aparsın.