Füzuli Məmmədovun gəlişi də "Karvan"a kömək etmir və komanda hələ də sonuncu pillədən qurtula bilmir.

Rekord.az xəbər verir ki, həm də buna göər rəhbərlik onunla baş məşqçi kimi rəsmi müqavilə bağlamağa risk eləmir.

Azər Həşimovla bağlandı, indi onun təzminatını ödəməyə pul yoxdur. Bir də bunun üzərinə Füzuli Məmmədovun təzminatı gəlməsin. Hətta əldə etdiyimiz məlumata görə Məmmədova sonuncu pillədən çıxmaq üçün 3 tur vaxt verilib. Komanda qışdan sonra keçirəcəyi ilk 3 oyunda "Sabah", "Sumqayıt" və "Turan Tovuz"a qarşı oyunlardan yaxşı nəticə ilə çıxmalıdır. Əks halda onun da postunu itirmək təhlükəsi var.