Mətbuatda "Karvan"ın baş məşqçisi Füzuli Məmmədovla kapitan Araz Abdullayev arasında problem yaşandığı, baş məşqçinin intizamsızlıq edən futbolçunu komandadan kənarlaşdırdığı haqda məlumat yayılıb.

Rekord.az məsələ ilə bağlı "Karvan"ın baş məşqçisi ilə əlaqə saxlayb.

Məmmədov saytımıza açıqlamasında yayılan məlumatlara bu cür reaksiya verib: "Yayılan məlumatlar həqiqəti əks etdirmir. Araz Abdullayevlə aramızda heç bir problem yaşanmayıb, hazırda da komandanın düşərgəsindədir. İntizamı ilə bağlı da heç bir problem yaşanmayıb. İntizamsızlıq etməyən futbolçunu kapitanlıqdan niyə məhrum edək ki?".