İsveçrənin ikinci divizion klubu “Lozan Uşi”nin futbolçusu Elia Alessandrini tətildə olarkən vəfat edib.

Rekord.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb:

“Elia Alessandrini üçün yas tuturuq. Ailə dostunu, komanda yoldaşını və hər kəs üçün nümunə olan birini itirdik”.

Futbolçunun hovuzda çimərkən öldüyü qeyd edilib. Elia tətilini Omanda keçirib.