Məşhur futbolçu, "Çelsi"nin sabiq oyunçusu, hazırda "Fulhem"də çıxış edən Villian karyerasını başa vuduqdan sonra futbol meneceri olacaq.

Rekord.az Britaniya mətbuatına istinadən xəbər verir ki, 34 yaşlı forvard bu barədə özü danışıb. O deyib:

"Mən artıq futbol meneceri olmaq üçün təhsil almağa başlamışam. Futboldan sonra məhz bunu etmək istəyirəm. Proses çox uzundur, ona görə də hər şey olduqca yavaş gedir. Hələ ki, çox şey öyrənə və məşq edə bilmirəm. Çünki hələ də futbol oynayıram. Amma öyrənirəm, karyeramı başa vurduqdan sonra futbol meneceri olacağam/ Karyeram ərzində kifayət qədər təcrübə topladım. Bu peşəyə sahib ola bilərəm. Gənc futbolçular üçün çətindir və mən onlara kömək etmək istəyirəm. Mən onlara öz göstərişlərimi vermək, müəyyən vəziyyətlərdə nə etməli olduqlarını izah etmək istəyirəm”.

Qeyd edək ki, Villian karyerası ərzində "Şaxtyor", "Arsenal" kimi komandalarda da oynayıb. O, bu ildən "Fulhem"də çıxış edir.