
Fransa millisində Benzema şoku
- 09 İyn 2021 14:20
- 641
Fransa milli komandasının futbolçusu Kərim Benzema zədələnib.
Rekord.az xəbər verir ki, hücumçu Bolqarıstanla keçirilən yoxlama matçında sıradan çıxıb.
Benzema qarşılaşmanın 41-ci dəqiqəsində zədə səbəbiylə Olivye Jiru ilə əvəzlənib.
Benzemanın son durumu tibbi müayinədən sonra bilinəcək.
Fransa yığması Jiru (2) və Antuan Qrizmanın qolları ilə Bolqarıstanı 3:0 hesabıyla məğlub edib.