Fransa klubunun yeni baş məşqçisi açıqlandı
- 07 Yan 2026 18:20
- 57
Fransanın "Strasburq" klubunun yeni baş məşqçisi açıqlanıb.
Rekord.az xəbər verir ki, bu barədə Liqa 1 təmsilçisinin rəsmi saytı məlumat yayıb.
Komanda ingiltərəli mütəxəssis Qari ONilə tapşırılıb.
O, bu postda "Çelsi"nin baş məşqçisi təyin olunmuş Liam Rosenyoru əvəzləyib.
Qeyd edək ki, "Strasburq" Liqa 1-də 24 xalla yeddinci pillədə qərarlaşıb.