İngiltərəni məğlub edərək dünya çempionatının yarımfinalına yüksələn Fransa millisi kuboku qazanmağa əsas namizəd sayılır.

Rekord.az xəbər verir ki, komanda kuboku qazanmasa belə, baş məşqçi Didye Deşama toxunulmayacaq.

Fransa mətbuatının yaydığı məlumata görə, yerli futbol federasiyası istənilən halda Deşamı AÇ-2024-ün sonuna kimi postunda saxlamağa qərar verib.