Flik Hummels məsələsində özünü haqlı sayır
- 16 Dek 2022 11:20
- 424
Almaniya millisinin baş məşqçisi Hans-Diter Flik Dortmund “Borussiya”sının müdafiəçisi Mats Hummelsi Qətərdə keçirilən dünya çempionatına aparmamasına növbəti dəfə aydınlıq gətirib.
Rekord.az xəbər verir ki, Almaniya mətbuatına açıqlamasında o, bildirib ki, Almaniya millisindəqalacağı halda, Hummelsi yenə də milliyə çağırmayacaq.
Səbəb isə futbolçunun onun tələblərinə cavab verməməsidir. Flikin fikrincə Hummels ləngdir. topla yaxşı davranmağı bacarmır və bu cür futbolçularla ani əks-hücumlara çıxmaq çətindir.