
“Flamenqo”nun prezidenti Ronaldoya sataşdı
- 06 Noy 2022 15:02
- 427
Rodolfo Landim Kriştiano Ronaldonun adının “Flamenqo” ilə birgə hallanmasına münasibətini bildirib.
Rekord.az xəbər verir ki, braziliya klubunun prezidenti ulduz futbolçuya heç də xoş gəlməyən fikir səsləndirib.
Beynəlxalq KİV-də “Flamenqo”nun “Mançester Yunayted”in hücumçusunu transfer etmək istədiyi ilə bağlı iddia ortaya atılıb. Ancaq Landim portuqaliyalı ilə maraqlanmadıqlarını deyib:
“Bu cür xəbərləri necə yazdıqlarını bilmirəm. Amma yaxşı yaradıcılığa sahibdilər. Əvvəlcə bunu soruşuram: Ronaldo kimin yerinə oynayacaq? İnternetdə oxuduqlarıma görə ona 2 illik müqavilə üçün 242 milyon dollar təklif etmişik. Bu məbləği 24-ə böləndə aya təxminən 10 milyon dollar edir. Deməli, Ronaldoya “Flamenqo”nun maaş büdcəsindən çox pul verməyimiz lazım gəlir. Onu Pedronun, yoxsa Qabiqolun yerinə oynadaq? Mən bunu edə bilmərəm. “Flamenqo”da heç kim çılğın işlər görə bilməz. Ronaldo burda ehtiyatda qalardı...”.