FIFA-dan futbolçular üçün yeni beynəlxalq mükafat
- 20:00
- 32
FIFA Dubay İdman Şurası ilə birlikdə ilin ən yaxşı futbolçuları üçün yeni mükafat təsis edib.
Rekord.az xəbər verir ki, bu barədə FIFA-nın mətbuat xidməti məlumat yayıb.
İlk mükafatlandırma mərasimi 2026-cı ildə keçiriləcək.
Qeyd edək ki, FIFA 1991-ci ildən bəri ən yaxşı futbolçunu mükafatlandırır. Təşkilat qalibi 2009-cu ilə qədər müstəqil olaraq seçib. 2010-cu ildən 2015-ci ilə qədər mükafat "France Football" jurnalı ilə birgə təqdim edilib və "FIFA Qızıl Top" kimi tanınıb.
2016-cı ildən bəri iki mükafat təqdim edilib - biri jurnal, digəri isə FIFA tərəfindən.
Son olaraq ilin ən yaxşı futbolçusu Fransanın PSJ klubunun üzvü Usman Dembele seçilib.