
“Fənərbaxça”nın sabiq futbolçusu yenidən Türkiyə klubunda
- 09 Fev 2022 14:41
- 455
Türkiyənin “Hatayspor” klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Rekord.az xəbər verir ki, Super Liqa təmsilçisi Fransanın “Dijon” klubundan Yassin Benzianı icarəyə götürüb.
Bu barədə “Hatayspor”un mətbuat xidməti məlumat yayıb. 27 yaşlı yarımmüdafiəçi mövsümün sonuna qədər Hatay təmsilçisində çıxış edəcək.
Benzia daha əvvəl Türkiyədə “Fənərbaxça”nın formasını geyinib.