“Fənərbağça” Musabanı heyətinə qatdı
- 04 Yan 2026 16:00
- 52
"Fənərbağça" heyətinə yeni futbolçu qatıb.
Rekord.az xəbər verir ki, İstanbul təmsilçisi "Samsunspor"dan Entoni Musabanı transfer edib.
Bu haqda klubun mətbuat xidməti məlumat yayıb. 25 yaşlı hücumçu ilə 4,5 illik müqavilə imzalanıb.
Niderlandlı futbolçu cari mövsüm çıxdığı 22 rəsmi matçda 6 qol vurub və 3 məhsuldar ötürmə verib. O, karyerası ərzində "Monako", "Brügge" kimi klubların da formasını geyinib.