“Fənərbağça” Genduzinin transferini açıqladı
- 08 Yan 2026 16:20
- 58
"Fənərbağça" "Latsio"nun futbolçusu Matteo Genduzinin transferi ilə bağlı rəsmi açıqlama yayıb.
Rekord.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Fransa millisinin üzvü trasnfer danışıqlarını yekunlaşdırmaq və tibbi müayinədən keçmək üçün İstanbula yollanıb.
Bu transfer üçün "Fənərbağça" Roma təmsilçisinə 29 milyon avro ödəyəcək.
26 yaşlı yarımmüdafiəçi 2023-cü ilin avqust ayından “Latsio”nun formasını geyinirdi. O, bu mövsüm "Latsio"da 16 oyuna 2 qol vurub, 1 qol ötürməsi edib.