
"Fair play"ı pozan futbolçu: "Özümü günahkar görmürəm"
- 12:00
- 61
Dünən keçirilən "İmişli" - "Qəbələ" matçında "fair play"ın pozulması halı yaşandı.
Rekord.az xəbər verir ki, hesab 2:2 olan zaman "Qəbələ"nin 27 nömrəli futbolçusu Eşqin Əhmədov zədələnərək yerdə qalır.
"Qəbələ" futbolçuları da bu səbəbdən topu auta çıxardır. Topu oyuna autdan daxil edən "İmişli" futbolçuları isə fair playa əməl edib onu "Qəbələ"yə qaytarmaq əvəzinə hücuma keçir və Dieqo Almeyda topu qapıya vurur. Zərbə qapıdan azacıq keçir və "Qəbələ"nin bəxti gətirir. Bunun ardında isə futbolçular arasında gərginlik yaşanır. Maeaqlıdır ki, "İmişli"nin baş məşqçisi oyun sonrası mətbuat konfransında bununla bağlı sualı cavablandırarkən rəqib futbolçunun zədələndiyini görmədiklərini bildirdi. Biz isə matçdan sonra epizoda münasibət öyrənmək üçün Almeydanın özünə yaxınlaşdıq:
- Almeyda, "fair play"in pozulduğu epizodla bağlı nə deyə bilərsən?
- Heç nə, şərh verməyəcəm.
- Şərh verməyin sənin üçün yaxşı olardı.
- Bu haqda danışmaq istəmirəm.
- O zaman hər kəs səni günahlar biləcək. "Fair play" qaydalarına əməl etmədiyin üçün...
- Mən özümü günahkar bilmirəm.
Anar XANLAROV