"Barselona"nın ulduzu Lionel Messi problemlə üzləşib.

Rekord.az xəbər verir ki, argentinalı hücumçu evində komanda yoldaşlarına qonaqlıq verib.

Onlar həm La Liqanın XXXIV turunda "Valensiya" üzərində qazandıqları 3:2 hesablı qələbəni qeyd ediblər, həm də mayın 8-də "Atletiko"ya qarşı keçirəcəkləri vacib qarşılaşmaya qeyri-formal durumda hazırlaşmaqdan ibarət olub.

Kapitan komandadaxili ab-havadan çox narahat olduğu üçün belə bir addım atıb. Futbolçular asudə vaxtlarını o qədər şən keçiriblər ki, Messinin villasından "Çempionlar-çempionlar, ole-ole-ole" sədaları eşidilməyə başlayıb.

34 yaşlı forvardın karantin qaydalarını pozması ilə əlaqədar La Liqa rəhbərliyi araşdırmalara başlayıb. Təcrübəli oyunçu 3 min avrodan, 60 min avroyadək cərimələnə bilər.

Məsələni və Kataloniya bölgəsinin rəsmiləri də yaxından izləyirlər. Bu regionda mayın 9-dək evdə 6 nəfərdən çox insanın toplanması qadağan edilib.