Evdə ilk qələbəsini qazanan bölgə klubunun baş məşqçisi nə dedi?
- 10:00
- 23
II Liqanın son turunda evdə "Araz Saatlı"nı 4:1 hesabı ilə məğlub edən "Ağstafa Gənclər"nin baş məşqçisi Elşən Abadov oyunla bağlı açıqlama verib.
Rekord.az xəbər verir ki, o, bu qələnənin komanda üçün önəmini qeyd edib: "Komandamızı bu gün əldə etdiyimiz 4:1 hesablı qələbəyə görə təbrik edirəm. Bu nəticə bizim üçün xüsusilə önəmlidir, çünki doğma meydançamızda qazandığımız ilk qələbə oldu. Sonuncu yerdə qərarlaşan Araz Saatlı ilə oyun mövqelərindən asılı olmayaraq ciddi yanaşma tələb edirdi. Futbolçular matça yüksək motivasiya ilə çıxdılar və tapşırıqları düzgün yerinə yetirdilər. Oyun boyunca nəzarəti əldən vermədik, hücumda daha məhsuldar olduq və qol epizodlarını yaxşı dəyərləndirdik. Komanda intizamı, mübarizə ruhu və azarkeşlərimizin dəstəyi bu qələbənin əsas səbəbləridir. Qarşıda bizi daha çətin oyunlar gözləyir. Bu qələbə bizi arxayınlaşdırmamalı, əksinə, daha da həvəsləndirməlidir. Meydançaya gələn və dəstəyini əsirgəməyən bütün azarkeşlərə təşəkkür edirəm.”