Türkiyənin “Alanyaspor” klubunun baş məşqçisi Erol Bulut postundan ayrılıb.

Rekord.az xəbər verir ki, o, bu barədə sosial şəbəkə hesabında məlumat paylaşıb.

Daha öncə iki il “Yeni Malatyaspor”un baş məşqçisi olmuş Erol Bulut “Alanyaspor”u ötən mövsümün əvvəlindən çalışdırırdı. Komanda onun rəhbərliyi altında 2019/20 mövsümünü 5-ci pillədə başa vurub və Avropa Liqasına vəsiqə qazanıb. Kubokun finalına da çıxan bu kollektiv finalda “Trabzonspor”a uduzub.

Qeyd edək ki, Erol Bulutun “Fənərbaxça”ya baş məşqçi təyin olunacağı barədə xəbərlər dolaşır.