
Eriksen: "Bu dünyadan beş dəqiqəlik ayrılmışdım"
- 11 Fev 2022 18:20
- 508
Danimarka millisinin üzvü Kristian Eriksen Avro-2020-də Finlandiya ilə oyunda huşunun itməsindən danışıb.
Rekord.az xəbər verir ki, İngiltərənin “Brenford” klubunda çıxış edən 30 yaşlı yarımmüdafiəçi BBC-yə açıqlamasında həmin anları belə xatırlayıb:
“Mən bu dünyadan beş dəqiqəlik ayrıldım, sonra ürəyim yenidən döyünməyə başladı. O beş dəqiqədən başqa hər şeyi xatırlayıram. Topu oyuna daxil edən vaxt top dizimə dəydi... Sonra nə baş verdiyini xatırlamıram.
Sonra ayıldım, ətrafımda insanlar dayanmışdı, sinəmdə təzyiq hiss etdim. Gözümü açanda nə baş verdiyini heç anlamırdım. O an başıma gələnlərdən xəbərim yox idi. İlk sözlərim belə oldu: “Ayaqlarıma nəsə olub? Belimi sındırdım? Ayağımı qaldıra bilərəmmi? Mənə tam olaraq nə baş verdiyini anlamaq üçün mikrohərəkətlər etməyə çalışdım.
Təcili yardım maşınında kiminsə “neçə vaxt ürəyi dahandı?” sualını, birinin “beş dəqiqə” cavablandırdığını eşitdim. İlk dəfə idi ki, bu dünyada olmadığımı eşidirdim. Möcüzə kimidir”.
Xatırladaq ki, Avro-2020-nin qrup mərhələsində iyunun 12-də keçirilən Danimarka – Finlandiya görüşünün ilk hissəsində huşunu itirən Erikseni 15 dəqiqəlik tibbi müdaxilədən sonra həyata qaytarmaq mümkün olmuşdu.