Emin "Neftçi"nin müqavilə təklifini niyə qəbul etmir?
- 17 Dek 2022 11:00
- 726
Emin Mahmudovun "Neftçi" ilə müqaviləsi mövsümün sonunda başa çatır.
Rekord.az xəbər verir ki, klub tərəfinfən kapitana yeni müqavilə təklif olunub.
Deyilənə görə, Emin yeni müqaviləyə müsbət yanaşsa da, hələlik imzalamağa tələsmir. Əldə etdiyimiz məlumata görə, yeni rəhbərliyin gəlişindən sonra qışdan sonra komandada mühüm dəyişikliklər də gözlənilir. Mahmudov da məhz buna görə tələsmir və qışdan sonrakı prosesləri izləmək istəyir. Əgər proseslər onun ürəyincə olsa, o zaman yeni müqaviləyə imza atacaq.