Hərbi səfərbərliyə də cəlb olunan mütəxəssis “Futbol+”ə açıqlamasında bir neçə klubla danışıq apardığını, səfərbərlik səbəbindən iki ay ərzində Rusiyanı tərk edə bilməyəcəyini söyləmişdi. Ötən mövsüm “Səbail”də Aftandil Hacıyevin köməkçisi olan Ağayevlə dünən yenidən əlaqə saxlayıb durumu ilə maraqlandıq. Və məlum oldu ki, artıq işləyir:
 

“Ötən dəfə sizinlə söhbətdə bəzi klublarla danışıq apardığımı bildirmişdim. Əsasən ikinci dəstə təmsilçiləri xidmətimdə maraqlı idi. Ancaq sonradan elə alındı ki, “Ximki” ilə anlaşdım. Hazırda bu klubun U-19 komandasında Nazim Süleymanovun köməkçisiyəm”.


Emin bəy səfərbərliklə bağlı da məlumat verdi:

“Ərazi üzrə Hərbi Komissarlığa gedib həkim müayinəsindən keçdiyimi sizə demişdim. Bədən ölçülərimi də götürmüşdülər. O gündən bir xəbər yoxdu. Heç yerə çağrılmamışam. Ancaq noyabrın 1-nə kimi Rusiyanı tərk edə bilmərəm. Ondan sonra necə olacağını zaman göstərəcək”. ("Futbol plus")