Lənkəran Şəhər Gənclər və İdman İdarəsində sərbəst güləş idman növü üzrə əməkdar məşqçi Şirəli Rzayevin 65 illik yubileyi ilə bağlı tədbir keçirildi.

Rekord.az xəbər verir ki, tədbir zamanı çıxış edənlər əməkdar məşqçi Şirəli Rzayevin rayonda idmanın inkişafına göstərdiyi xidmətlərdən, məşqçi müəllim kimi səmərəli fəaliyyətindən, rayonda yüksək nəticəli idmançılar yetirməsidən və nümunəvi müəllim olmasından danışaraq onu 65 illik yubileyi münasibətilə təbrik etmişlər.

Çıxışlardan sonra Ş.Rzayev Lənkəran Şəhər Gənclər və İdman idarəsi və "Təhsil" RİM-in Lənkəran Şəhər Uşaq-Gənclər İdman-Şahmat Məktəbi tərəfindən fəxri fərmanla təltif edilib. Eyni zamanda Lənkəran Şəhər Gənclər və İdman İdarəsinin kollektivi gənclər və idman sahəsində səmərəli fəaliyyətinə görə "Lənkəran" İdman Klubu tərəfindən Təşəkkürnamə ilə təltif edilib.