«Şkupi»dən (Şimali Makedoniya) ayrılan Elvin Yunuszadənin «Keşlə»yə kimin götürdüyü məlum olub.

Rekord.az-ın məlumatına görə, onun paytaxt təmsilçisindən xahişini AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov edib.

Məhz federasiya rəhbərinin sözündən sonra millinin keçmiş müdafiəçisi ilə 4 aylıq müqavilə imzalanıb.

Elvin də bunun əvəzində öhdəlik götürüb. Özünü intizamlı aparacağına, məşqlərə və oyunlara ciddi yanaşacağına, məşqçilərə problem yaratmayacağına dair.