"Qarabağ"a 1:5 hesabı ilə məğlub olan "Araz Naxçıvan"ın baş məşqçisi Elmar Baxşıyev üçün son şans verilib.

Rekord.az-a daxil olan məlumata görə, Baxşıyev "Şamaxı" ilə 16-cı tur matçında da məğlub olsa, postu ilə vidalaşacaq.

Qeyd edək ki, "Araz Naxçıvan" ölkə kubokunda da mübarzəni dayandırıb. Uğursuz çıxışlar fonunda ilk "üçlük"dən də kənar düşüb.