“Əliyar Ağayev "Neftçi"nin oyununda səhv qərar verib”
- 11:41
- 37
AFFA Hakimlər Komitəsinin sədri Rəhim Həsənov Misli Premyer Liqasının 16-cı turunda keçirilmiş "Karvan-Yevlax" - "Neftçi" oyununda FIFA referisi Əliyar Ağayevin səhv qərar verdiyini bildirib.
Rekord.az milli assosiasiyanın mətbuat xidmətinə istinadən xəbər verir ki, R.Həsənov hakimin birinci hissənin sonlarında qonaqların qapısına təyin etdiyi penaltinin doğru olmadığını söyləyib.
O, bundan əlavə, "Kəpəz" - "Turan Tovuz", "Qəbələ" - "Qarabağ", "Zirə" - "İmişli" və "Sumqayıt" - "Sabah" görüşlərindəki mübahisəli epizodları da şərh edib və həmin oyunlarda səhvlərin olmadığını vurğulayıb.
<iframe width="671" height="360" src="https://www.youtube.com/embed/BQhXLVr0SRs" title="Rəhim Həsənovun Misli Premyer Liqasının XVI turunun oyunları ilə bağlı şərhi" frameborder="0" allow="accelerometer; autoplay; clipboard-write; encrypted-media; gyroscope; picture-in-picture; web-share" referrerpolicy="strict-origin-when-cross-origin" allowfullscreen></iframe>