FİFA referisi Əliyar Ağayev hakimlikdın getmək istəyir.

Rekord.az-a daxil olan məlumata görə, buna səbəb ona qarşı olan haqsız münasibətdir.

Belə ki, AFFA Hakimlər Komitəsinə sədr gələn Barış Şimşək ölkənin FİFA ranqında ən güclü hakimi hesab olunan Əliyarı faktiki olaraq, ofsayda salıb. Ağayev qış fasiləsindən sonra cəcmi 7 matça təyinat alıb. Premyer Liqanın son üç matçına isə, ümumiyyətlə, təyinat almayıb. Düşünmək olardı ki, bəlkəölkə kubokunun finalı ona həvalə oluna, amma bu da olmadı. Burdan da açıq şəkildə görünür ki, daha gənc hakimləri öz kadrı kimi irəli çəkməyə çalışan Şimşək Xaqani Məmmədovun yetirməsi olan 36 yaşlı Əliyar məqsədli şəkildə futboldan küsdürür. Ağayev də məhz bu münasibətə görə, ən azı Şimşək burada olduğu dönəmdə hakimlik etmək istəmir.