
Əliyar Ağayev Almaniyaya gedir
- 25 İyl 2022 23:35
- 483
Azərbaycanın FİFA referisi Əliyar Ağayev UEFA-nın yay kurslarına qatılacaq.
Rekord.az xəbər verir ki, iyulun 27-də Almaniyanın Frankfurt şəhərində start götürəcək kurslarda Ağayevin yer aldığı 1-ci kateqoriyadan cəmi 36 hakim iştirak edəcək.
Avropa futbol qurumu avrokuboklara görə kurslara az sayda referi dəvət edib.
Yay kursları iyulun 29-dək davam edəcək.