
Ələskərovun komandası səfərdən 1 xalla döndü
- 12 Fev 2022 11:20
- 455
Futbol üzrə Türkiyə 1-ci liqasında 24-cü turun oyunları keçirilib.
Rekord.az xəbər verir ki, azərbaycanlı futbolçu Namik Ələskərovun komandası “Bursaspor” da növbəti matçına çıxıb.
Sözügedən kollektiv səfərdə “Samsunspor”la qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 1:1.
Namik də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 82-ci dəqiqədə əvəzlənib.
“Bursaspor” 24 turdan sonra 24 xalla 19 kollektiv arasında 15-ci pillədə qərarlaşıb.