“Əl-Nasr” qalib gəldi, Ronaldo oynamadı VİDEO
- 07 Yan 2023 12:22
- 784
Bu gün Ər-Riyadın “Kral Saud” stadionunda Səudiyyə Ərəbistanı çempionatının 12-ci turunun oyunu keçirilib.
Rekord.az xəbər verir ki, Kriştiano Ronaldonun formasını geyindiyi “Əl-Nasr” "Əl-Tai"ni qəbul edib. Matç meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
"Əl-Nasr"ın yeni futbolçusu Kriştiano Ronaldo matçda iştirak etməyib. O, görüşü VİP tribunadan izləyib.
Ronaldonun komandası 29 xalla ölkə çempionatının lideridir.