"Zirə" ilə kubok matçında zədələnərək oyunu yarımçıq tərk edən "Neftçi"nin futbolçusu Eddi İsrafilovun durumu ciddi deyil.

Rekord.az xəbər verir ki, futbolçusunun ayağında sadəcə, əzilmə aşkarlanıb.

Həlkimlərin rəyinə görə, futbolçu bu həftədən məşqləri bərpa edə biləcək. Lakin onun "Turan Tovuz"la dekabrın 15-də 17-ci tur çərçivəsində səfərdə keçiriləcək matçda meydançaya çıxacağı inandırıcı görünmür. Aldığımız məlumata görə, baş məşqçi Regekampflı Eddiyə istirahət verəcək.