Dünyanın ən bahalı idman klubları
- 17:00
- 38
“Forbes” jurnalı 2025-ci il üçün dünyanın ən bahalı idman komandalarının reytinqini açıqlayıb.
Rekord.az xəbər verir ki, siyahıya ABŞ-ın NBA təmsilçisi “Dallas” basketbol klubu başçılıq edir.
Klub 2016-cı ildən bəri reytinqdə birinci yerdə qərarlaşıb və hazırda onun dəyəri 13 milyard dollar olaraq qiymətləndirilir.
Reytinqdə yer alan ilk 50 klubun ümumi dəyəri 353 milyard dolları ötür. Bu isə orta hesabla hər komanda üçün 7,1 milyard dollar deməkdir ki, bu göstərici 2024-cü illə müqayisədə 22 faiz artım deməkdir.
“Forbes”in TOP-5 siyahısında “Dallas”la (13 mlrd) yanaşı “Golden State” (11 mlrd), “Los-Anceles Rams” (NFL) (10,5 mlrd), “Nyu-York Giants” (NFL) (10,1 mlrd) və “Leykers” (10 mlrd) də yer alıb.
Futbol klubları arasında reytinqə Madrid “Real”ı başçılıq edir. İspaniya nəhəngi 20-ci yeri tutub və 6,75 milyard dollar dəyərində qiymətləndirilib. Siyahıda həmçinin “Mançester Yunayted” (24-cü yer - 6,75 mlrd), “Barselona” (42-ci yer - (5,65 mlrd), “Liverpul” (48-ci yer - 5,4 mlrd) qərarlaşıb.