
Dünya ulduzlarına qarşı oynamış məşqçimiz təəssüratlarını bölüşdü - FOTOLAR
- 13:00
- 71
Bu yaxınlarda Moskvada Rusiya mini futbol yığmasının sabiq üzvü Yeromenkonun xatirəsinə maraqlı turnir keçirilib.
Rekord.az xəbər verir ki, bir sıra dünya ulduzlarının yer aldığı turnirə Azərbaycandan millimizin sabiq məşqçisi Arif Əsədov da dəvət alıb.
Asiya yığmasının tərkibində yer alan gənclər arasında dünya və Avropa çempionu təəssüratlarını bizimlə bölüşdü: "Dəvət təşkilatçılardan gəldi. Bu turnir artıq 15 ildi ki, keçirilir. Bu dəfə isə bir neçə il bundan əvvəl dünyasını dəyişən Rusiyanın mini futbol yığmasının sabiq üzvü, əfsanəvi Yeromekoya həsr olunmuşdu. Bu turnirdə bir sıra dünya ölkələrinin ulduz futbolçuları iştirak edirdi. Ümumilikdə 6 komanda hərəsində 3 komanda olmaqla iki qrupda mübarizə aparırdı. Mən əsasən keçmiş SSRİ ölkələrindən təşkil olunmuş komandanın heyətində yer almışdım. Qrupdakı rəqiblərimiz isə Serbiya və Rusiya əfsanələri idi. Digər qrupda isə dünya, Avropa və Türkiyə əfsanələri yer almışdı. Reqlament belə idi ki, qrup qlaibləri birbaşa finalda oynayacaqdı. Qrup ikinciləri 3-cü yer, 3-cü yeri tutanlar isə 5-6-c yerlər uğurunda mübarizə aparacaqdı. Biz qrupda 2-ci yeri tutaraq dogər qrupun ikincisi dünya yığması isə 3-cü yer uğurunda oynadıq və 7:10 hesabı ilə uduzaraq 4-cü pilləni tutduq. Təbii ki, bu cür turnirlərdə əsas olan nəticə yox. iştirak etmək, o ab-havanı hiss etmək idi. Hansı ki, çoxdan idi bunu hiss etmirdim və bir anlıq gənclər arasında dünya, Avropa çempionu olduğum dönəmə qayıtdım. Sanki mini dünya çempionatı idi. Yaş həddi 40-50 arası idi. 3-4 nəfər yaşı 50-dən yuxarı futbolçu var idi ki, biri də mən idim. Həmçinin braziliyalı məhşur Aldair. Nostalji hisslər keçirdim. Ümumiyyətlə, belə bir yüksək səviyyəli turnirdə ölkəmizi təmsil etmək çox qürurverici idi".
Əsədov turnirə dəvət almış dünya ulduzları haqda da danışdı: "Demək olar ki, hər komandanın heyətində ulduz futbolçu var idi. Məsələn, Braziliyadan Aldair, Maykon, Yunanıstandan Karaqunis, Belarusdan Qleb, Türkiyədən Tuncay Şanlı, Semih, Serbiuadan Bojinovun adını çəkmək olar. Həmçinin "Neftçi"nin sbaiq baş məşqçisi Adrian Mutu da orda idi, rəqib kimi ona qarşı da oynadım. Bir sözlə, təəssüratlarım çox gözəldi. Ümid edirəm ki, bizim ora dəvət almağımız gələcəkdə yeni nəsil ulduzlarımızın da bu ənənəvi turnirə gedişində körpü rolunu oynayacaq".