FİFA dünya çempionatının iki ildən bir təşkilinin mümkünlüyünü götür-qoy etməyə başlayıb.

Rekord.az xəbər verir ki, bu haqda məlumatı  sözügedən qurumun qlobal futbolun inkişafı departamentinin rəhbəri olan Arsen Venger deyib.

"Ekip" nəşrinə danışan fransalı mütəxəssis.bu variantın pis olmadığını desə də, indiki halda onun qəbulundan söhbət getmədiyini bildirib. Venger qeyd edib ki, bu, baş verərsə, bütün seçmə mərhələ oyunlarının qrafiklərinə yenidən baxmaq lazım gələcək. Eyni zamanda Avropa çempionatı, Klublararası Dünya Çempionatı və  qadınlar arasında dünya çempionatını da nəzərə almaq lazımdır.